Layihə məqsədi:
Amerikanın sığorta hərraclarında işlənmiş avtomobilin alınması prosesi bir neçə mərhələdən keçir. İlk öncə almaq istədiyiniz avtomobilin markasını, modelini, ilini və komplektasiyasını bizə bildirin. Bizim tərəfimizdən bu tələblərə uyğun olan, yaxın vaxtda auksiyonlarda oynanılacaq maşınlar seçilib Sizə təklif olunacaq. Təklif olunan avtomobillər tərəfimizdən araşdırılır, yalnız güclü zədəsi, suda batmış və digər ciddi problemləri olmayan avtomobillər seçilir. Avtomobil seçildikdən sonra auksiyondan öncə hərrac dəyərinin 10% məbləğində hüquqi cəhətdən rəsmiləşdirilmiş qaydada depozit yerləşdirilir. Depozit yalnız o halda geri qaytarılmır ki, müştəri avtomobili auksiyonda udduqdan sonra alış dəyərini ödəməkdən imtina etsin. Belə olduqda auksiyon saytları tərəfindən cərimə olunur və bu məbləğ birbaşa olaraq oraya ödənilir.