Veb sayt hazırlanması
Korporativ saytlar, məhsul səhifələri və çoxdilli saytlar — dizaynından canlıya çıxarılmasınadək.
Korporativ sayt biznesinizlə ilk təması yaradan kanaldır. Ona görə işə struktur və məzmun planı ilə başlayırıq: hansı səhifələr olacaq, hər səhifə hansı suala cavab verəcək və istifadəçi hansı addımı atmalıdır.
Dizayn təsdiqləndikdən sonra saytı fərdi olaraq kodlaşdırırıq. Hazır şablon istifadə etmirik — bu, həm sürətə, həm də sonrakı dəyişikliklərin asanlığına birbaşa təsir edir.
Sayt təhvil verilməzdən əvvəl mobil cihazlarda, müxtəlif brauzerlərdə və axtarış sistemlərinin tələbləri baxımından yoxlanılır: başlıq strukturu, meta məlumatlar, sitemap, sürət və şəkil optimallaşdırması.