Veb platformalar
İstifadəçi hesabları, ödəniş və inteqrasiyalar tələb edən portallar, marketpleyslər və daxili sistemlər.
Veb platforma adi saytdan onunla fərqlənir ki, burada məlumat yalnız göstərilmir — istifadəçilər tərəfindən yaradılır və emal olunur. Hesablar, rollar, icazələr, ödənişlər və hesabatlar bir yerdə işləməlidir.
Bu tip layihələrdə işə məlumat modelindən başlayırıq: hansı obyektlər var, aralarındakı əlaqə necədir və sistem böyüdükcə bu struktur necə davam edəcək. Səhv qurulmuş model sonradan hər yeni funksiyanı bahalaşdırır.
Ödəniş sistemləri, CRM, ERP, SMS və e-poçt xidmətləri kimi xarici servislərlə inteqrasiya API səviyyəsində qurulur və xəta hallarının necə idarə olunacağı əvvəlcədən müəyyən edilir.