Layihə haqqında
“İDDO” psixoloji inkişaf proqramı olaraq iddoçunun psixi inkişaf sistemini təmin etməyə köklənmişdir. Fərdin psixikasının sağlam təməllər üzərində inkişafı önəmlidir. Bu proqramın tətbiqi fərdin yaş psixologiyası və psixi inkişafı əsasında aparılır. Bu proqramın təməli müasir dövr psixologiyasına əsaslanır. Biz fərdin özünü dərk etməsi, psixi və fiziki olaraq inkişafı, həmçinin sağlamlığının düzgün şəkildə təmin etmək üçün yaradılmış bir sistemdən bəhs edirik.